"Bavariya"nın futbolçusu üçün mövsüm erkən bitdi

"Bavariya"nın futbolçusu üçün mövsüm erkən bitdi
XƏBƏR 19 Fevral 2021 / 16:41 1324
-  A +

Fransa millisinin və “Bavariya”nın futbolçusu Korentin Tolisso zədələnib.

Qol.az "LEquipe"ə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi məşq zamanı bud nayihəsindən xəsarət alıb. Onun təxminən 3 ay yaşıl meydanlardan uzaqda qayıdacağı bildirilib. Bu isə o deməkdir ki, Tolisso üçün mövsüm başa çatıb.

Həmçninin futbolçunun yığma ilə Avropa çempionatında iştirakı da sual altındadır.

Qeyd edək ki, Korentin Tolisso 2017-ci ildən "Bavariya"da çıxış edir.


Son xəbərlər
topaz banner