Ansi “Qarabağ”ın bazasında – Şəkillər

Ansi “Qarabağ”ın bazasında – Şəkillər
XƏBƏR 19 Fevral 2021 / 16:22 2461
-  A +

"Qarabağ"ın keçmiş futbolçusu Ansi Aqolli bu gün Bakıya gəlib. O, səfər zamanı Ağdam  klubunu ziyarət edib.

Qol.az-ın klubun rəsmi sosial şəbəkə səhifələrinə istinadən yaydığı xəbərə görə, albaniyalı ilə uşaq futboluna dair potensial əməkdaşlıq perspektivləri müzakirə olunub.

Aqolli 2010-2019-cu illərdə "Qarabağ"da çıxış edib. 38 yaşlı futbolçu komandanın heyətində 5 dəfə ölkə çempionu olub, 3 dəfə Azərbaycan kubokunu qazanıb. O, “Qarabağ”dan ayrıldıqdan sonra ABŞ-ın "Nyu-York Kosmos"  klubuna keçmişdi. Aqolli hazırda Amerikada özünün yaratdığı uşaq futbol akademiyasında faəliyyət göstərir.


Son xəbərlər
topaz banner