“Mançester Yunayted”in sabiq futbolçu Revel Morrisson etiraf edib ki, Ueyn Runi və Rio Ferdinandın butslarını oğurlayıb.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, məcburiyyətdən bu addımı atdığını söyləyib: “Maaşım az idi və mən onların bustlarını oğurlayıb 250 funta satmışdım ki, evimizə yemək aparım. O vaxt bunu problem kimi görmürdüm. İndi isə fərqli düşünürəm”.
Qeyd edək ki, “MY”nin yetirməsi olan Morrisson 2010-12-ci illərdə əsas komandanın futbolçusu olub. O vaxt komandanın baş məşqçisi olan Aleks Fergüson yarımmüdafiəçi Morrissonu gələcəyin böyük istedadlarından adlandırıb. O, daha sonra Uels, İtaliya, Meksika, İsveç və Niderland liqalarında oynayıb, İngiltərənin U-21 millisinə cəlb edilib.
Hazırda isə 28 yaşlı Morrisson heç bir klubda oynamır və azad agentdir.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər