Sabah Azərbaycan Premyer Liqasında XVI tura start veriləcək. turun ikinci günündə meydana çıxacaq “Qəbələ” “Neftçi” ilə görüşəcək.
Qol.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” mövsümün III dövrəsində ilk səfər sınağında qüvvəsini sınayacaq. Bu, rəqiblərin ümumilikdə 55-ci dueli olacaq. İndiyədək komandalar 54 dəfə üz-üzə gəlib. Aktivində 17 qələbə olan “Qəbələ” 13 heç-heçə edib və 24 matçda uduzub. Rəqib qapısından 67 top keçirən “qırmızı-qaralar” 78 qol buraxıb.
“Bakcell Arena”dakı görüş Premyer Liqa çərçivəsində yubiley – 50-ci görüş olacaq. Əvvəlki 49 qarşılaşmada 16 qələbəsi olan komanda 10 dəfə bir xalla kifayətlənib və 23 dəfə uduzub. Rəqib qapısına 60 dəfə yol tapan “qırmızı-qaralar” 72 top buraxıb.
28-ci dəfə “Neftçi” ilə səfərdə görüşəcək “Qəbələ” rəqib meydanında 9 dəfə qalib gəlib. 7 heç-heçə və 11 məğlubiyyəti olan futbolçular 34 qol vurub, 36 top buraxıb.
Xatırladaq ki, fevralın 20-də “Bakcell Arena”da keçiriləcək matç 18:00-da başlayacaq.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər