"Real"ın icarə əsasında "Tottenhem"də çıxış edən futbolçusu Qaret Beylin meneceri Conatan Barnett oyunçunun Madrid təmsilçisinə qayıtma ehtimalından danışıb.
Qol.az goal.com-a istinadən xəbər verir ki, o, 31 yaşlı hücumçunun yenidən "kral klubu"nda çıxış etməyə müsbət yanaşdığını deyib:
"Beylin "Real"la bir problemi yoxdur. Ora möhtəşəm bir klubdur. Beylin geri qayıtmağı problem olmaz. Sadəcə "Real"ın ona ehtiyacının olub-olmadığına, futbolçunun "Real" üçün oynayıb-oynamayacağına qərar verməyi lazımdır. Məncə, bunu da Zinəddin Zidandan soruşmalısınız".
Həmçinin menecer uelsli oyunçu ilə "Tottenhem"in baş məşqçisi Joze Mourinyo arasında münasibətin yaxşı olduğunu da vurğulayıb.
Qeyd edək ki, Beyl ötən yay icarə qaydasında "Real"dan "Tottenhem"ə keçib.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər