Kipr millisində yeni baş məşqçi

Kipr millisində yeni baş məşqçi
XƏBƏR 18 Fevral 2021 / 16:42 967
-  A +

Kipr millisinin yeni baş məşqçisinin adı açıqlanıb.

Qol.az Kipr Futbol Fedeasiyanın saytına istinadən xəbər verir ki, komanda Nikos Kostenoqluya həvalə olunub. 51 yaşlı mütəxəssislə 24 saat ərzində rəsmi müqavilənin imzalanacağı bildirilib. Kostenoqlu bu vəzifədə ötən gün istefaya göndərilmiş Yohan Valemi əvəzləyib.

Qeyd edək ki, Kipr seçməsi UEFA Millətlər Liqasının 2020/2021 mövsümündə Azərbaycanla eyni qrupda yer alıb. Səfərdə rəqibinə 1:0 hesabı ilə qalib gələn Canni De Byazinin başçılıq etdiyi kollektiv ikinci görüşdə qolsuz heç-heçəyə razılaşıb.


Son xəbərlər
topaz banner