UEFA İcraiyyə Komitəsi COVİD-19 pandemiyasının turnirlərin təşkilinə göstərdiyi mənfi təsirləri nəzərə alaraq, UEFA Gənclər Liqası turnirinin 2020/2021-ci il mövsümünün ləğv olunması ilə bağlı qərar qəbul edib.
Qol.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Bildirilib ki, UEFA İcraiyyə Komitəsi tərəfindən bir müddət öncə turnirin startının təxirə salınması barədə qərar qəbul olunmuşdu. Lakin ötən müddət ərzində mövcud şəraitin bu beynəlxalq turnirin başlanmasına imkan verməməsi, UEFA Klub Yarışları Komitəsi və Avropa Klublar Assosiasiyası ilə aparılmış məsləhətləşmələrdən sonra Gənclər Liqasının cari mövsümünün ləğvi məqsədəuyğun sayılıb.
Xatırladaq ki, turnirdə “Qəbələ” klubunun müvafiq yaş qrupundan ibarət komandası mübarizə aparmalı idi.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər