"Möhkəm peşəkar münasibətlər qurduğum insanlar var. Bunlar mənim tərcüməçim və fitness məşqçimdir. Biz artıq bir-birimizi başa düşürük və ümid edirəm ki, bu, yığma ilə işimə də məhsuldar təsir göstərəcək".
Qol.az xəbər verir ki, bu sözləri Moldova millisinin yeni baş məşqçisi Roberto Bordin "Sputnik Moldova" nəşrinə müsahibəsində deyib.
O, vaxtilə Moldova "Şerif"i və "Neftçi"də birgə çalışdığı insanlara təşəkkür edib: "Bu, o demək deyil ki, digərlərini xatırlamıram. Hər kəsə minnətdaram. Həm "Şerif"də, həm də "Neftçi"də birlikdə işlədiyim insanlara görə də bəxtim gətirib".
Bordin "Neftçi" ilə bağlı xatirələri haqda da danışıb: "Mövsümə yüksək notlarla başladıq. İlk yarım ildə birinci pillədə idik. Hətta "Qarabağ"la 6 xallıq fərqimiz var idi. Amma mövsümün sonlarına doğru xallar itirməyə başladıq və liderliyi əldən verdik. Hər şey öz günahımızdan oldu, özümüz səhv etdik. Amma bu da uzun illər ərzində "Neftçi" üçün tarixi uğur idi. Avrokuboklarda da eyni hal yaşandı".
56 yaşlı çalışdırıcı Moldova millisi ilə yanaşı, bir çox yerdən təklif aldığını da söyləyib: "İtaliyada bir neçə seçim var idi. B Seriyasının klublarından birini çalışdıra bilərdim, danışıqlar olmuşdu. Ancaq alınmadı. Bəli, xaricdə işləmək həmişə xüsusi bir təcrübədir. Mədəniyyət və futbol baxımından böyük irəliləyişdir. Dünyanı gəzərək çox şey öyrəndim".
Qeyd edək ki, Bordin 2018-ci ilin iyunundan 2020-ci ilin yanvarına qədər “Neftçi”ni çalışdırıb.
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer