Poqbanın qardaşının yeni klubu

Poqbanın qardaşının yeni klubu
XƏBƏR 17 Fevral 2021 / 20:35 2344
-  A +

"Mançester Yunayted"in yarımmüdafiəçisi Paul Poqbanın qardaşı Matias Poqba karyerasını Sloveniya "Tabor"unda davam etdirəcək.

Qol.az klubun saytına istinadən xəbər verir ki, mərkəz hücumçusu ilə bu mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, 30 yaşlı futbolçu İspaniya "Mursia"sı ilə müqaviləsinin müddətinin başa çatdığı yaydan bəri klubsuz idi.

Xatırladaq ki, hazırda "Tabor" Sloveniya çempionatının birinci liqasında 7-ci pillədə qərarlaşıb.


Son xəbərlər
topaz banner