"Bura gəlməyimə çox şadam. Bu, mənim üçün yeni təcrübədir. Bakı şəhəri həqiqətən də çox gözəldir. Yeməkləri dadlıdır və bizim yeməklərə oxşayır. Klubda məşqlər üçün əla şərait var.
Qol.az xəbər verir ki, bu sözlərin "Səbail"in yeni transferi Milovan Petrovik klubun rəsmi saytına açıqlamasında deyib.
"Bura gəlməzdən əvvəl "Vardar"da işləyən Toni Boqdanovski ilə məsləhətləşdim. Klub barədə ancaq pozitiv fkirlər bildirdi. Burada məni çox yaxşı qarşıladıqlarına görə hamıya təşəkkürümü bildirirəm. Hər kəs, xüsusilə də futbolçular tez adaptasiya olmağıma kömək etdilər. Komandanın mühiti əladır. Bilirəm ki, nəticələrimiz düzələndə atmosfer daha da yaxşı olacaq" - deyə o bildirib.
31 yaşlı oyunçu Premyer Liqanın Şimali Makedoniya çempionatından güclü olduğunu söyləyib: "Çünki burada futbolun dinamikası və yaradılan şərait olduqca yaxşıdır. Xoşuma gələn amillərdən biri də hər xırda toxunuşa görə hakimlərin cərimə verməməsidir. Məni narahat edən yeganə məqam Bakıda bu fəsildə küləyin güclü olmasıdır. Tezliklə havaların düzəlməyini istəyirəm (gülür)".
Bakının gözəl şəhər olduğunu deyən Petrovik Azərbaycan mətbəxini tərifləyib: "Yeməklər dadlıdır və bizimkilərə oxşayır".
"Sabah”la Azərbaycan Premyer Liqasının XVI turunun oyununa da toxunan təcrübəli yarımmüdafiəçi matçın çətin keçəcəyini vurğulayıb: "Öz oyunumuza fokuslansaq, əvvəlki səhvlərdən dərs alaraq oynasaq, şansımızın çox olacağını düşünürəm. Çünki komandamız güclüdür və burada peşəkar futbolçular çıxış edir. İnanıram ki, bu oyunda qələbə qazansaq, komandanın əhval-ruhiyyəsinə müsbət təsir edəcək. Məqsədimiz də məhz budur".
O, azarkeşlərin tezliklə tribunalara qayıtmasını arzuladığını bildirib: "Azarkeşsiz futbol olmaz. Onların tribunalara qayıtmağını çox istəyirəm. Qələbələri onlarla birgə qeyd etmək daha gözəldir. Fanatlara demək istəyirəm ki, özlərini qoruyub, sağlamlıqlarına diqqət etsinlər. Mən inanıram ki, yaxın zamanlarda biz görüşəcəyik".
Qeyd edək ki, M. Petrovik "Səbail"lə bu mövsümün sonunadək müqavilə imzalayıb.
“Bavariya”dan xal itkisi
Ronaldo 986-cı qolunu vurdu
Kandido 1:5-lik məğlubiyyətin səbəblərindən danışdı
Yeni rekord olacaq: Bütün biletlər satıldı!
"Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
“Barselona” gənc futbolçusu ilə müqaviləni uzatdı
"Klublardan üzr istəyirəm" - Millimizin baş məşqçisi
Yevlaxda vurulan 4 qol - Video
Azərbaycan millisi İraqa qalib gəldi
Perkons “Zirə” ilə heç-heçəni şərh etdi
"Sumqayıt" - "Sabah": Heyətlər
Rəşad Sadıqov: “Qəribə hadisələr baş verir”
Mərkəzi oyunda qalib müəyyənləşmədi
Millətlər Liqasında 1/4 finalın püşkü atıldı
Azərbaycan millisi ərəblərlə qarşılaşacaq
"Real" Kurtua ilə müqaviləni uzatdı - Rəsmi
PSJ-də yeni müqavilələr olacaq
Azərbaycanın güləş millisi Gürcüstanda çempion oldu
"İmişli" - "Zirə": Heyətlər açıqlandı
Yayda "Liverpul"dan ayrılmaq istəyir
Qazaxıstanlı məşqçilər “Qarabağ”ın düşərgəsində
Satışa çıxarılan “Lester”lə bağlı yeni qərar
Dünən əsgər marşı, bu gün azarkeş nidası…
Premyer Liqanın yeni mövsümünün başlama tarixi açıqlandı
“Mançester Yunayted” 4 azarkeşini cəzalandırdı
MLS-in ən çox qazananları
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov