Hazard 4 kiloqram arıqladı

Hazard 4 kiloqram arıqladı
XƏBƏR 16 Fevral 2021 / 22:06 1791
-  A +

"Real"ın yarımmüdafiəçisi Eden Hazard fərdi qaydada məşqlərə başlayıb.

Qol.az xəbər verir ki, bu barədə "El Chiringuito" məlumat yayıb. Belçikalı futbolçunun zədədən bərpa müddətində 4 kiloqram arıqladığı bildirilib.

Qeyd edək ki, "Real"ın baş məşqçisi Zinəddin Zidan Hazardın gələn həftə yaşıl meydanlara qayıdacağına ümid etdiyini söyləmişdi.


Son xəbərlər
topaz banner