Mbappe qalır

Mbappe qalır
XƏBƏR 15 Fevral 2021 / 21:16 2531
-  A +

PSJ-nin futbolçusu Kilian Mbappe bu mövsümün sonunda komandanı tərk etməyəcək.

Qol.az sport.es-ə istinadən xəbər verir ki, 22 yaşlı hücumçu müqaviləsi bitənə qədər klubda qalmağa qərar verib. Fransalı oyunçunun sözləşməsinin müddəti 2022-ci ilin yayında başa çatır.

Qeyd edək ki, Mbappe bu mövsüm 28 matça çıxaraq, 18 qol vurub və 9 qolun ötürməsini verib.


Qarabağ FK
Son xəbərlər
01.09.26  20:12

"Bayer"ə qayıtdı

topaz banner