Gürcüstan millisində yeni baş məşqçi

Gürcüstan millisində yeni baş məşqçi
XƏBƏR 15 Fevral 2021 / 20:45 2479
-  A +

Gürcüstan millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Qol.az xəbər verir ki, bu barədə Gürcüstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Fransa U-21  yığmasının sabiq çalışdırıcısı Villi Sanyolun baş məşqçi vəzifəsinə təyin edildiyi bildirilib. 44 yaşlı mütəxəssis millidə debütünü martın 25-də edəcək. Yığma komanda DÇ-2022-nin seçmə mərhələsində İsveçlə üz-üzə gələcək.

Qeyd edək ki, V.Sanyol "Bavariya"da da (2017)  məşqçi kimi çalışıb. O, 2014-16-cı illərdə "Bordo"ya baş məşqçilik edib.


Son xəbərlər
topaz banner