"Borussiya"nın yeni baş məşqçisi bilindi

"Borussiya"nın yeni baş məşqçisi bilindi
XƏBƏR 15 Fevral 2021 / 19:20 2533
-  A +

Marko Roze "Borussiya"nın (Dortmund) yeni baş məşqçisi olacaq.

Qol.az xəbər verir ki, onun hazırkı iş yeri olan Münhenqladbax "Borussiya"sı Rozenin mövsümün sonunda rəsmən komandadan ayrılacağını açıqlayıb. 44 yaşlı mütəxəssisin yeni klubu isə Dortmund təmsilçisi olacaq. Klub rəhbərliyi hazırkı çalışdırıcı Edin Terziçin fəaliyyətindən narazıdır. Komanda bu mövsüm onun baş məşqçiliyi altında 33 xal toplayıb və 6-cı pillədədir.

Qeyd edək ki, Roze 2019-cu ildən Münhenqladbax təmsilçisinə baş məşqçilik edir. Terziç isə həmin ildən Dortmund klubunda işləyir.


Son xəbərlər
topaz banner