Millimizin üzvü 90 dəqiqə oynadı

Millimizin üzvü 90 dəqiqə oynadı
XƏBƏR 15 Fevral 2021 / 00:10 1096
-  A +

Ukrayna Premyer Liqasında qış fasiləsi başa çatıb.
 
Qol.az xəbər verir ki, ötən gün 14-cü turun oyunları keçirilib.
 
Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” səfərdə “Mariupol”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.
 
Paşayev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 65-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
“Aleksandriya” 14 turdan sonra 19 xalla 14 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

 


Son xəbərlər
topaz banner