Kosta 15 il sonra Braziliyaya qayıdır

Kosta 15 il sonra Braziliyaya qayıdır
XƏBƏR 13 Fevral 2021 / 12:52 2035
-  A +

Məşhur futbolçu Dieqo Kostanın yeni klubunun adına aydınlıq gəlib.

Qol.az xəbər verir ki, 32 yaşlı hücumçu 15 il sonra yenidən Braziliyaya qayıdır. O, yerli klublardan "Palmeiras"la razılaşıb. Tərəflərin yaxında 2 illik rəsmi müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Kostanın son klubu "Atletiko" olub. O, Madrid təmsilçisindən ötən il ayrılıb. Həmçinin Kosta karyerası ərzində "Çelsi", "Selta" və s. kimi komandalarda da çıxış edib.


Son xəbərlər
topaz banner