Cinayətkarlar seyfini oğurladılar

Cinayətkarlar seyfini oğurladılar
XƏBƏR 13 Fevral 2021 / 11:31 1196
-  A +

"Everton"un baş məşqçisi Karlo Ançelottinin evi qarət olunub.

Qol.az "Football İtalia"ya istinadən xəbər verir ki, cinayətkarlar italiyalı mütəxəssisin evində seyf oğurlayıblar. Onları mənzildən 61 yaşlı çalışdırıcının qızı qorxudaraq qaçırıb. Hadisə zamanı ev sahibləri xəsarət almayıblar. Ançelotti isə evdə olmayıb.

Qeyd edək ki, Ançelotti 2019-cu ildən Premyer Liqa təmsilçisini çalışdırır.
 


Son xəbərlər
topaz banner