El-Şaraavi oğrunu "podkat"la saxladı

El-Şaraavi oğrunu "podkat"la saxladı
XƏBƏR 13 Fevral 2021 / 10:54 2392
-  A +

"Roma"nın hücumçusu Stefan El-Şaaravi onun maşınını oğurlamaq istəyən şəxsi tutub.

Qol.az "Sky Sports"a istinadən xəbər verir ki, futbolçu oğrunu maşının şüşəsini sındırarkən görüb. Bu zaman El-Şaraavinin gəldiyini görən oğru qaçmağa cəhd edib. Amma istəyinə nail ola bilməyib.

"Roma"lı futbolçu sanki oyunda imiş kimi oğrunu sürüşmə fəndi edərək yerə yıxıb. Sonra hadisə yerinə polis gələrək həmin şəxsi saxlayıb.


Son xəbərlər
topaz banner