"Liverpul"un Fabinyo problemi

"Liverpul"un Fabinyo problemi
XƏBƏR 12 Fevral 2021 / 18:56 2029
-  A +

"Liverpul"un futbolçusu Fabinyo Premyer Liqanın 24-cü turunda "Lester"lə matçı buraxacaq.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Baş məşqçi Yurgen Klopp açıqlamasında 27 yaşlı yarımmüdafiəçinin əzələ problemi yaşadığı üçün onun görüşdə iştirak edə bilməyəcəyi bildirib. Alman mütəxəssis braziliyalı oyunçunun Çempionlar Liqasının 1/8 finalında "Leyptsiq"lə ilk görüşdə iştirak edib-etməyəcəyinin məlum olmadığını söyləyib.

Qeyd edək ki, sabah keçiriləcək "Lester" - "Liverpul" matçı Bakı vaxtı ilə 16:30-da start götürəcək. "Leyptsiq"lə qarşılaşma isə fevralın 16-da oynanılacaq


Son xəbərlər
topaz banner