Bordin millinin baş məşqçisi təyin edildi

Bordin millinin baş məşqçisi təyin edildi
XƏBƏR 12 Fevral 2021 / 15:35 5044
-  A +

"Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordin Moldova millisinin baş məşqçisi təyin edilib.

Qol.az xəbər verir ki, bu barədə Moldova Futbol Federasiyasının saytı məlumat yayıb. 56 yaşlı italiyalı mütəxəssis bu vəzifədə türkiyəli Engin Fıratı əvəzləyib. Onunla DÇ-2022-nin seçmə mərhələsinin sonu - 2021-ci il noyabrın 15-dək müqavilə bağlanılıb.

Qeyd edək ki, Roberto Bordin 2018-ci ilin iyulundan 2020-ci ilin yanvarınadək "Neftçi"nin baş məşqçisi olub. Azərbaycan komandasına gələnədək isə o, Moldova "Şerif"inin sükanı arxasında çalışıb.


Son xəbərlər
topaz banner