Teymur Rəcəbov yarımfinala məğlubiyyətlə başladı

Teymur Rəcəbov yarımfinala məğlubiyyətlə başladı
XƏBƏR 12 Fevral 2021 / 00:30 1857
-  A +

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin yarımfinalında ilk oyunlarını keçirib.

Qol.az xəbər verir ki, millimizin üzvü ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gəlib. Rəcəbov ümumi hesabda rəqibinə uduzub - 1,5:2,5.

Rəcəbov və So sabah ən azı daha 4 görüş keçirəcəklər.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.

"Opera Euro Rapid"

Yarımfinal

Uesli So (ABŞ) - Teymur Rəcəbov (AZƏRBAYCAN) - 2,5:1,5

Maqnus Karlsen (Norveç) - Maksim Vaşye-Laqrav (Fransa) - 2,5:0,5


Son xəbərlər
topaz banner