Millimizin sabiq üzvü Qazaxıstan klubunda

Millimizin sabiq üzvü Qazaxıstan klubunda
XƏBƏR 11 Fevral 2021 / 18:45 2728
-  A +

18 yaşadək futbolçulardan ibarət millimizin sabiq üzvü David Qarayev karyerasını Qazaxıstanda davam etdirəcək.

Qol.az "Meta-ratings.kz"a istinadən xəbər verir ki, 25 yaşlı hücumçu "Kaspi"yə keçib. Son olaraq Rusiyanın "Ural" klubunda çıxış edən Qarayev Türkiyədə təlim-məşq toplanışında olan yeni komandasına qoşulub.

Qeyd edək ki, Moskva "Spartak"ının yetirməsi olan David Qarayev 2013-cü ildə 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində çıxış edib və 5 oyunda meydana çıxıb.


Son xəbərlər
topaz banner