“Mançester Siti”dən yeni rekord

“Mançester Siti”dən yeni rekord
XƏBƏR 11 Fevral 2021 / 18:30 2349
-  A +

İngiltərə Federasiya kubokunun 1/8 finalında “Suonsi”ni məğlub edən (3:1) “Mançester Siti”  yeni rekorda imza atıb.

Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

"Şəhərlilər" İngiltərədə bütün turnirlər daxil olmaqla ardıcıl 15 rəsmi oyunda qələbə qazanan ilk Premyer Liqa klubu olub.

“Mançester Siti” sonuncu dəfə ötən ilin dekabrında, Premyer Liqada “Vest Bromviç”lə oyunda xal itirib – 1:1. Komanda hazırda Premyer Liqada 50 xalla liderdir.


Son xəbərlər
topaz banner