"Qış transfer dönəmində hücumçu tapmaq həddindən artıq çətin idi. Yaxşı forvardların hamısının klubları ilə sözləşmələri var. Yeni hücumçumuzun pis olduğunu da demirəm. Sözlərim bu anlama gəlməsin".
Qol.az xəbər verir ki, bu sözləri "Report"a açıqlamasında "Neftçi"nin baş məşqçisi Samir Abasov bolqarıstanlı yeni transferləri Əhməd Əhmədov haqqında danışarkən deyib.
43 yaşlı mütəxəssis bildirib ki, qış transfer dönəmində əsasən 2-3 hücumçunun üzərində dayansalar da, onların keçidi alınmayıb: "Onların bura gəlmələri mümkün deyildi. Son anda Bolqarıstanın SSKA (Sofiya) klubundan Əhməd Əhmədov təklif edildi. Klub onu icarəyə vermək istəyirdi, biz isə araşdırdıq və oyunçuya baxdıq. Açıq deyəcəyəm, seçimimiz elə də çox deyildi. Bu, o anlama gəlməsin ki, Əhmədovu məcburiyyətdən götürmüşük. Xeyr, belə deyil. Mən mətbuat konfransında da bildirmişdim ki, belə olacağı təqdirdə, hücumçu götürməyəcəyik. Hansısa keyfiyyətləri bizi qane etdiyi üçün onun üzərində durduq. Baxmayaraq ki, seçimimiz çox deyildi".
Abasov Əhmədovun "Neftçi"də uğurlu çıxış edəcəyinə inandığını vurğulayıb: "Əhməd MOİK-dən əvvəl iki klubda daha yaxşı mövsüm keçirib və Sofiya təmsilçisinin diqqətinə düşüb. "Pomorye"də 25, "Dunav"da 14 qol vurub. Bütün bunlar nəzərə alındı. Oynadığı çempionat baxımından da götür-qoy etmişik. Komandaya xeyir verəcəyinə inanımız var. Sadəcə, sual yarana bilər ki, niyə 4 aylıq müqavilə bağlanıb? Bu, iki klubun arasındakı anlaşma idi. SSKA da bu futbolçuya inanır. Öz oyunçusu kimi saxlamaq niyyətindədir və birdəfəlik buraxmaq istəmir. Haradasa oynamağını və təcrübə qazanmasını məqsədəuyğun saydılar. Özləri də hücumçu alıblar. Bu müddət bizim üçün də yaxşıdır. Allah eləməsin, oyunu alınmasa, birdəfəlik götürmək kimi riskə də girməmişik. Ümid edirəm ki, 4 ay ərzində bəhrəsini görəcəyik. Xeyirli olsa, klublar oturub danışacaqlar və gələcəklə bağlı qərar verəcəklər. Bu, mənə aid olmayan məsələdir. Hazırda bizə sərf edən 4 aylıq icarəyə götürülməsi idi. Belə başa düşürəm ki, bu, qarşı tərəfə də sərf edir. Əsas odur ki, xeyirli olsun".
Qeyd edək ki, Əhməd Əhmədov Bolqarıstanın SSKA (Sofiya) klubundan mövsümün sonunadək icarəyə götürülüb.
Argentina “10” nömrəsini kimə həvalə edəcək?
Növbəti matça sabiq baş məşqçi ilə çıxacaqlar
"Qalatasaray"dan sonra İtaliya klubuna keçə bilər
Azərbaycan millisi Türkiyəyə uduzdu
"Sabah" braziliyalı futbolçu transfer etdi
O da milli karyerasını başa vurdu
“Roma” A Seriyasına rekordla başladı
"Qarabağ"dan gedər-getməz qol vurdu, komandası qalib gəldi
"Bayer"ə qayıtdı
Polşa klubundan Emreliyə xüsusi diqqət - Video
“Kəpəz”dən yeni transfer
2-ci Liqada yeni mövsümə start verildi
“Trabzonspor” baş məşqçisini göndərdi
Azərbaycan millisinin məşqçisi vəfat edib
“Qəbələ”ni növbəti oyuna kim hazırlaşdırır?
Mahir Emrelinin komandasına yeni baş məşqçi təyin olundu
Qabriel Jezus rəsmən “Barselona”da
PSJ-dən "Aston Villa"ya keçdi - Rəsmi
Misli Premyer Liqasında avqustun ən yaxşı 5 qolu - Video
2-ci liqa klubunun stadionu FİFA sertifikatına layiq görüldü
Azərbaycan klubu nigeriyalı oyunçu transfer etdi
Türkiyə - Azərbaycan oyunu bu kanallarda
Misli Premyer Liqasında 6 oyunun vaxtı açıqlandı
Santyaqo Ximenes “Portu”ya keçdi
Berdıyev narahat deyil, bəs, "Turan Tovuz" rəhbərliyi?..
UEFA Gənclər Liqası: "Sabah"ın oyunlarının təqvimi
"Çelsi"dən "Leyptsiq"ə keçdi
“Sabah” ÇL-in qalibi ilə maraqlanır - İddia
91 illik rekordu 19 yaşında qırdı
“Yuventus”da yeni hücumçu
“Daha güclü “Qarabağ” görəcəksiniz” - Marko Yankoviç
2-ci liqada yeni mövsüm başlayır
"Ona iradımı bildirdim, bunlar olmaz!" - Video
"Barselona"da 16 yaşlı müdafiəçi
Salto, aut və qol. Bir ayda ikinci dəfə! - Video
"Liverpul" 18 yaşlı belçikalı qapıçı ilə razılaşdı
Zamiq oynadı, komandası qalib gəldi
“Roma”dan darmadağın - Video
“Beşiktaş”dan 6 qollu qələbə, “Trabzonspor” uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Nəticədən razı qalmadım” - “Sumqayıt”ın baş məşqçisi
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi