"Azərbaycandan aldığım təklif qeyri-ciddi idi"

"Azərbaycandan aldığım təklif qeyri-ciddi idi"
XƏBƏR 11 Fevral 2021 / 15:55 3798
-  A +

Ukrayna "Dinamo"sunun futbolçusu Kleyton ötən il Azərbaycan klublarının birindən təklif alıb.

Qol.az xəbər verir ki, bu barədə braziliyalı hücumçu ölkəsinin mətbuatına müsahibəsində deyib. O bildirib ki, ötən il bir çox ölkələrlə yanaşı, Azərbaycanda da oynamaq imkanı olub: "Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Yaponiya, Cənubi Koreya və ABŞ-dan çoxlu variant təklif olunmuşdu. Amma hamısı qeyri-ciddi idi".

25 yaşlı oyunçu yüksək səviyyədə futbol oynamağa davam etmək istədiyi üçün Kiyev təmsilçisini seçdiyini bildirib.

Qeyd edək ki, Kleyton ötən il "Atletiko Mineyro"dan "Dinamo"ya keçib.


Son xəbərlər
topaz banner