Tribunalardan itkisi 33 milyon avro oldu

Tribunalardan itkisi 33 milyon avro oldu
XƏBƏR 11 Fevral 2021 / 15:14 1199
-  A +

"Qalatasaray"ın bu mövsüm tribunalardan itkisi 33 milyon avro olub.

Qol.az "NTV Spor"a istinadən xəbər verir ki,  bu barədə klubun vitse-prezidenti Abdurrahim Albayrak məlumat verib:

"Tribunalardan itki 33 milyon avrodur. Hər kəsin əlini daşın altına qoyması lazımdır. Azarkeşlərə səslənirəm: bizə yardım göstərsinlər, ianə etsinlər".

Qeyd edək ki, Türkiyədə koronavirus səbəbindən stadionlara azarkeşlər buraxılmır.


Son xəbərlər
topaz banner