Vacib oyundan öncə koronavirusa yoluxdu

Vacib oyundan öncə koronavirusa yoluxdu
XƏBƏR 11 Fevral 2021 / 13:56 1025
-  A +

“Bavariya”nın hücumçusu Tomas Müller koronavirusa yoluxub.

Qol.az xəbər verir ki, bu barədə “Sky Sports”un alman bölməsi məlumat yayıb. COVİD-19 testi müsbət çıxan 31 yaşlı futbolçunun Qətərdə keçirilən klublararası dünya çempionatının finalını buraxacağı bildirilib.

Qeyd edək ki, finalda “Bavariya” Meksikanın “Tiqres” komandası ilə qarşılaşacaq. Oyun bu gün Bakı vaxtı ilə saat 22.00-da başlanacaq.

Əlavə edək ki, Müller bu mövsüm uğurlu oyunu ilə diqqət çəkir. O, 31 oyunda 13 qol vurub, 14 qolun isə ötürməsini edib.


Son xəbərlər
topaz banner