Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları ilə bağlı qərarlar verilib.
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Qəbələ” – “Qarabağ” oyununda meydan sahibləri AFFA nümayəndəsinin əsasnaməyə uyğun verdiyi göstərişləri yerinə yetirmədiyi üçün 800 manat cərimə olunub.
1/4 final mərhələsinin “Səbail” – “Sumqayıt” oyununun 76-cı dəqiqəsində meydan sahiblərinin baş məşqçisinin köməkçisi Vüqar Məmməd matçın köməkçi hakimi Cavanşir Yusifovu vurduğuna görə Azərbaycan Kuboku görüşlərində 20 oyun cəzalanır, klub 16 000 (on altı min) manat cərimə olunub.
“Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
1/4 final mərhələsinin “Kəpəz” – “Keşlə” oyununda pirotexniki maddələrdən istifadə olunduğu üçün meydan sahibi klub 800 manat cərimə olunub.
Diktor məlumatları vaxtında vermədiyi üçün meydan sahibi klub 800 manat cərimə olunub.
Görüşdə yanğınsöndürən nümayəndə təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunub.
“Keşlə”nin nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 800 manat cərimə olunub.
“Keşlə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
1/4 final mərhələsinin “Zirə” – “Neftçi” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı
Ronaldinyo karyerasını bərpa edir