Gerye rəsmən Kipr klubunda

Gerye rəsmən Kipr klubunda
XƏBƏR 9 Fevral 2021 / 09:39 2529
-  A +

“Qarabağ”ın yolları ayırdığı Donald Geryenin Kiprin “Apollon” klubuna keçidi rəsmiləşib.

Qol.az xəbər verir ki, bu barədə Limassol təmsilçisinin rəsmi saytı məlumat yayıb. 29 yaşlı oyunçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. Koronavirus pandemiyası ilə əlaqədar futbolçunun hazırda karantində olduğu bildirilib.

Qeyd edək ki, Gerye yeni klubunda 96 nömrəli forma ilə çıxış edəcək.

Xatırladaq ki, "Qarabağ" ötən ilin yayından komandada çıxış edən Gerye ilə müqavilənin qarşılıqlı razılaşma yolu ilə ləğv edildiyini yanvarın 31-i açıqlayıb.


Son xəbərlər
topaz banner