La Liqanın qızıl əvəzetməsi – Messi

La Liqanın qızıl əvəzetməsi – Messi
XƏBƏR 8 Fevral 2021 / 11:50 5523
-  A +

La Liqanın 22-ci turunda “Barselona” səfərdə “Betis”ə 3:2 hesabı ilə qalib gəlib.

Bu görüşdə Lionel Messi 57-ci dəqiqədə meydana daxil olub, 59-cu dəqiqədə isə rəqib qapısına yol tapıb.

Qol.az “misterchip”ə istinadla xəbər verir ki, bununla da argentinalı La Liqada sonradan oyuna daxil olduqdan sonra vurduğu qolların sayını 27-ə çatdırıb və Oskar de Paulaya çatıb.

Siyahıya isə 28 qolla Xulio Salinas başçılıq edir.


Son xəbərlər
topaz banner