"Qəbələ"dən anlamlı jest - Şəkillər

"Qəbələ"dən anlamlı jest - Şəkillər
XƏBƏR 6 Fevral 2021 / 16:26 2197
-  A +

"Qəbələ”  Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirilən cavab matçından öncə anlamlı jest edib.
 
Qol.az xəbər verir ki, qarşılaşmanın startı ərəfəsində Vətən müharibəsində iştirak etmiş qazilərə və şəhid övladlarına hədiyyələr təqdim olunub.
 
Hədiyyələri “Qəbələ”nin Vətən müharibəsində iştirak etmiş prezidenti Fariz Nəcəfov verib. Bundan əlavə, əyalət təmsilçisinin hər bir futbolçusu meydana şəhidlərin adları yazılmış forma ilə çıxıb. Sonda komandalar həmin qazilərlə və şəhid övladlarıyla birgə xatirə şəkli çəkdiriblər.














Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər