"Mançester Yunayted"dən ayrıldı, Ərəbistan klubuna keçdi

"Mançester Yunayted"dən ayrıldı, Ərəbistan klubuna keçdi
XƏBƏR 5 Fevral 2021 / 11:56 2600
-  A +

Son olaraq “Mançester Yunayted”də çıxış edən Odion İqalonun yeni klubu bilinib.
 
Qol.az xəbər verir ki, nigeriyalı hücumçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
 
O, “Əl Şabab” klubuna keçib. Bu barədə Ər-Riyad təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İqalo ilə 2,5 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, İqalo ötən ilin yanvarında Çinin “Şanxay Şenxua” klubundan icarə əsasında “Mançester Yunayted”ə keçmişdi. O, İngiltərə təmsilçisində 23 oyunda 5 qol vurub, 1 qolun ötürməsini verib.

Daha çox


Son xəbərlər
topaz banner