“Kollektiv oyun planında xeyli irəli getmişik” – Joze Alesio

“Kollektiv oyun planında xeyli irəli getmişik” –  Joze Alesio
XƏBƏR 3 Fevral 2021 / 13:40 1012
-  A +

“Yunanıstana qarşı kollektiv şəkildə yaxşı oynadıq, fiziki hazırlığımız da daha ürəkaçan idi. Taktiki planda da futzalçılar verilən tapşırıqları yerinə yetirdilər".
 
Qol.az xəbər verir ki, bu sözləri futzal üzrə milli komandamızın baş məşqçisi Joze Alesio Avropa çempionatının seçmə mərhələsində Yunanıstana qalib gəldikləri oyundan sonra deyib.

Braziliyalı mütəxəssis federasiyanın rəsmi saytına açıqlamasında 3:0 hesablı səfər qələbəsini belə şərh edib: "Əsas problemimiz yenə yaratdığımız epizodları qola çevirə bilməməyimizlə bağlıdır. Bunun üzərində işləyəcəyik. Çünki növbəti rəqibimiz daha çətin olacaq və o cür oyunlarda imkanları düzgün dəyərləndirməsək, istədiyimiz nəticəni də qazana bilməyəcəyik.
 
Yunanlara qarşı müdafiədə daha səliqəli oynadıq, rəqibə təhlükəli epizod yaratmağa imkan vermədik. Qapımıza tərəf maksimum 2-3 zərbə oldu. 10 gün ərzində tam formalaşmaq, toparlanmaq çətindir. Buna rəğmən, biz kollektiv oyun planında xeyli irəli getmişik. Əlbəttə, qələbə qazanmağımıza və birinci pillədə möhkəmlənməyimizə görə məmnunam. Ancaq hələ mübarizə başa çatmayıb. Biz məşqlərimizi davam etdirməliyik. Moldova ilə oyuna indidən hazırlaşmalıyıq. Moldova həqiqətən də yaxşı kollektivə sahibdir”.

Daha çox


Son xəbərlər
topaz banner