"Barselona"nın futbolçusu Fransa klubunda - Rəsmi

"Barselona"nın futbolçusu Fransa klubunda -  Rəsmi
XƏBƏR 2 Fevral 2021 / 10:40 2635
-  A +

Fransanın “Nitsa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi “Barselona”nın müdafiəçisi Jan-Kler Todibonu heyətinə qatıb.

“Nitsa” 21 yaşlı futbolçunu satınalmaq şərti ilə mövsümün sonuna kimi icarəyə götürüb.

Qeyd edək ki, Fransanın “Tuluza” klubunun yetirməsi olan Todib 2019-cu ildə “Barselona”ya transfer edilib. Fransız müdafiəçi daha əvvəl “Şalke” və “Benfika”da da icarədə oynayıb.

Daha çox


Son xəbərlər
topaz banner