“11 aydan sonra parket üzərində ilk rəsmi oyunumuza çıxdıq. Fərqli hisslər yaşadıq. Əlbəttə, bunun üzərinə də qələbəni əlavə etsək, bizim üçün yaxşı motivasiya oldu”.
Qol.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli Avropa çempionatının seçmə qrup mərhələsində Slovakiya ilə keçirilən ilk oyun barədə danışarkən deyib.
Seçmə mərhələyə 4:1 hesablı qələbə ilə start verən yığmamız bu gün Bakı İdman Sarayında keçirdiyi məşqlə Bakıdakı hazırlığını yekunlaşdırıb. Sabah səfərə yollanacaq futzalçılarımız 3 xal qazanmaq barədə düşünür.
Bakıda Slovakiya yığmasına qarşı keçirilmiş oyun haqda Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlama verən Hüseynli fərqli, bir qədər də qarışıq hisslər yaşadığını söyləyib: “Beynəlxalq arenada da ilk oyunumu məhz Slovakiya yığmasına qarşı keçirdiyimi nəzərə alsaq, bu komanda ilə hər dueldə sanki debüt edirəmmiş kimi hiss yaşayıram. Onu da qeyd edim ki, elə son rəsmi matçımızı da bu milliyə qarşı keçirmişdik. Ötən il Xorvatiyada üz-üzə gəlmişdik və 3:3 hesablı heç-heçə etmişdik”.
Qapıçı bu nəticənin komanda üzvlərinə təsirindən də danışıb: “Qələbə qazanmaq vacib idi. Komanda üzvlərində özünəinamı qaytarmaq baxımından nəticənin böyük təsiri oldu. Həm də qrup liderliyi uğrunda mübarizədə əsas rəqibimiz Slovakiya hesab edilirdi. Onları 4:1 hesabı ilə yenməklə bir addım önə keçdik. Nəticəni asan əldə etmədik. Xüsusilə də, yaratdığımız təhlükəli epizodları realizə edə bilmədik. Rəqibin də qol epizodları oldu və bizim kimi onlar da bunu hesaba daşımaqda çətinlik çəkdilər”.
Təcrübəli qapıçı oyunun qırılma anı kimi Qalonun sona 2 dəqiqə qalmış vurduğu qolu qeyd edib: “Həmin qoldan sonra rəqib hesabı bərabərləşdirmək üçün qapıçını meydan oyunçusu ilə əvəzlədi. Bu da bizim işimizə yaradı və səhvlərindən istifadə edib, daha 2 qol vurduq”.
Yunanıstanla oyuna yaxşı hazırlaşdıqlarını da bildirən Hüseynli Bakıdakı uğurlu nəticəni Afinadakı dueldə də əldə etmək istədiklərini vurğulayıb: “Yunanıstanla qarşılaşmasaq da, bir-birimizi tanıdığımızı deyə bilərəm. Çünki 3 ay əvvəl onların çempionu olan AEK klubu ilə üz-üzə gəldik. Millinin əsasını bu klubun oyunçuları təşkil edir. AEK-in baş məşqçisi isə həm də yığmanı çalışdırır. Yəni bu klubun oyun dəst-xətti, istifadə etdiyi standartlar milli ilə eynidir. Bunu Moldova - Yunanıstan görüşündə də gördük. Təkbətək epizodlara girməyi, uzaq məsafədən qol vurmağı xoşlayırlar. Heyətlərində hündürboylu oyunçuları var. Müdafiədə boşluqlara yol verirlər. Bundan mütləq istifadə etməliyik. Əlbəttə, Yunanıstan Slovakiya millisi deyil. Ola bilsin, öz meydanlarında tam fərqli oyun izləyək, sürprizlərlə qarşılaşaq. İstənilən halda, səfərə bir məqsədlə yollanacağıq: 3 xal qazanmaq və qrupda birinci pillədə qərarlaşmaq”.
Qeyd edək ki, Yunanıstan – Azərbaycan matçı fevralın 2-də keçiriləcək.
Argentina “10” nömrəsini kimə həvalə edəcək?
Növbəti matça sabiq baş məşqçi ilə çıxacaqlar
"Qalatasaray"dan sonra İtaliya klubuna keçə bilər
Azərbaycan millisi Türkiyəyə uduzdu
"Sabah" braziliyalı futbolçu transfer etdi
O da milli karyerasını başa vurdu
“Roma” A Seriyasına rekordla başladı
"Qarabağ"dan gedər-getməz qol vurdu, komandası qalib gəldi
"Bayer"ə qayıtdı
Polşa klubundan Emreliyə xüsusi diqqət - Video
“Kəpəz”dən yeni transfer
2-ci Liqada yeni mövsümə start verildi
“Trabzonspor” baş məşqçisini göndərdi
Azərbaycan millisinin məşqçisi vəfat edib
“Qəbələ”ni növbəti oyuna kim hazırlaşdırır?
Mahir Emrelinin komandasına yeni baş məşqçi təyin olundu
Qabriel Jezus rəsmən “Barselona”da
PSJ-dən "Aston Villa"ya keçdi - Rəsmi
Misli Premyer Liqasında avqustun ən yaxşı 5 qolu - Video
2-ci liqa klubunun stadionu FİFA sertifikatına layiq görüldü
Azərbaycan klubu nigeriyalı oyunçu transfer etdi
Türkiyə - Azərbaycan oyunu bu kanallarda
Misli Premyer Liqasında 6 oyunun vaxtı açıqlandı
Santyaqo Ximenes “Portu”ya keçdi
Berdıyev narahat deyil, bəs, "Turan Tovuz" rəhbərliyi?..
UEFA Gənclər Liqası: "Sabah"ın oyunlarının təqvimi
"Çelsi"dən "Leyptsiq"ə keçdi
“Sabah” ÇL-in qalibi ilə maraqlanır - İddia
91 illik rekordu 19 yaşında qırdı
“Yuventus”da yeni hücumçu
“Daha güclü “Qarabağ” görəcəksiniz” - Marko Yankoviç
2-ci liqada yeni mövsüm başlayır
"Ona iradımı bildirdim, bunlar olmaz!" - Video
"Barselona"da 16 yaşlı müdafiəçi
Salto, aut və qol. Bir ayda ikinci dəfə! - Video
"Liverpul" 18 yaşlı belçikalı qapıçı ilə razılaşdı
Zamiq oynadı, komandası qalib gəldi
“Roma”dan darmadağın - Video
“Beşiktaş”dan 6 qollu qələbə, “Trabzonspor” uduzdu
“Nəticədən razı qalmadım” - “Sumqayıt”ın baş məşqçisi
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?