Təxirə salınan Dünya Kuboku Bakıda bu tarixdə keçiriləcək

Təxirə salınan Dünya Kuboku Bakıda bu tarixdə keçiriləcək
XƏBƏR 31 Yanvar 2021 / 09:52 919
-  A +

Beynəlxalq Gimnastika Federasiyası (FIG) Bakıda koronavius pandemiyasına görə ləğv olunan batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun yeni tarixini açıqlayıb.

Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, turnir bu il 18-21 noyabrda təşkil ediləcək.

Azərbaycan paytaxtında yaş qrupları üzrə yarış isə 26-29 noyabrda baş tutacaq.

Batut gimnastikası və Tamblinq üzrə Dünya Kuboku bu il 13-14 fevralda keçirilməli idi.

   

Daha çox


Son xəbərlər
topaz banner