“Birinci oyun hər zaman çətin keçir. Həm də 10 aydan çoxdur ki, zalda məşq etmir, oyun keçirmirdik. Ötən ilin noyabrında Çempionlar Liqasında cəmi bir görüşdə iştirak etmişik. Oyuna gəldikdə, yaxşı başladıq, hesabı açdıq. Sadəcə, sonra yaratdığımız qol epizodlarını boşa verdik”.
Bunu Azərbaycan millisinin futzalçısı Xətai Bağırov deyib.
O, Avropa çempionatının seçmə qrup mərhələsində Slovakiya oyunu şərh edib. Futzalçı startda 4:1 hesabı ilə qazandıqları qələbədə özünün real qol epizodlarını reallaşdıra bilməməsini belə izah edib: “Elə mənim qol vurmaq üçün iki yüzfaizlik şansım oldu, istifadə edə bilmədim. Bunun hamısı zalda məşq etməməyimizin, oyun keçirməməyimizin nəticəsidir. Oyunla məşq eyni effekti vermir. Zala demək olar, hələ tam öyrəşməmişik. Çətinliyə baxmayaraq, ikinci hissənin sonuna yaxın hesabı xeyrimizə dəyişdik, ardıcıl qollar vurduq. Qələbə qazananda səhvlər çox yadda qalmır, gözə görünmür. Vacib olan qələbə qazanmaq idi, bunu bacarmaqla çox şeyin üzərindən xətt çəkdik”.
Bağırov Futzal Federasiyasının saytına açıqlamasında növbəti turda Yunanıstanla oyun haqda da fikirlərini bölüşüb: “Uğurlu başlanğıcın davamını Yunanıstanda gətirməliyik. Az vaxtımız var. Bu ölkənin yığması ilə qarşılaşmasaq da, son çempionları ilə Çempionlar Liqasında üz-üzə gəlmişik. AEK-in üzvlərinin əksəriyyəti millinin oyunçularıdır. Baş məşqçi də hər iki yerdə çalışır. Yəni oyun üslubuna bələdik. Səfərdən yaxşı nəticə ilə qayıdacağımıza inanıram”.
Millinin üzvü Afinadan döndükdən sonra da məşqlərə fasilə verməməyin vacibliyini qeyd edib: “Məşqlərimizi davam etdirməliyik. Çünki martda və apreldə vacib oyunlarımız var. Yeni-yeni formaya düşürük. Fasilə versək, sonrası yaxşı olmayacaq. Bunu “Araz”ın timsalında yaşadıq. Noyabrda reytinqdə və gücdə bizdən zəif olan komandaya yenildik və mübarizəni dayandırdıq”.
Argentina “10” nömrəsini kimə həvalə edəcək?
Növbəti matça sabiq baş məşqçi ilə çıxacaqlar
"Qalatasaray"dan sonra İtaliya klubuna keçə bilər
Azərbaycan millisi Türkiyəyə uduzdu
"Sabah" braziliyalı futbolçu transfer etdi
O da milli karyerasını başa vurdu
“Roma” A Seriyasına rekordla başladı
"Qarabağ"dan gedər-getməz qol vurdu, komandası qalib gəldi
"Bayer"ə qayıtdı
Polşa klubundan Emreliyə xüsusi diqqət - Video
“Kəpəz”dən yeni transfer
2-ci Liqada yeni mövsümə start verildi
“Trabzonspor” baş məşqçisini göndərdi
Azərbaycan millisinin məşqçisi vəfat edib
“Qəbələ”ni növbəti oyuna kim hazırlaşdırır?
Mahir Emrelinin komandasına yeni baş məşqçi təyin olundu
Qabriel Jezus rəsmən “Barselona”da
PSJ-dən "Aston Villa"ya keçdi - Rəsmi
Misli Premyer Liqasında avqustun ən yaxşı 5 qolu - Video
2-ci liqa klubunun stadionu FİFA sertifikatına layiq görüldü
Azərbaycan klubu nigeriyalı oyunçu transfer etdi
Türkiyə - Azərbaycan oyunu bu kanallarda
Misli Premyer Liqasında 6 oyunun vaxtı açıqlandı
Santyaqo Ximenes “Portu”ya keçdi
Berdıyev narahat deyil, bəs, "Turan Tovuz" rəhbərliyi?..
UEFA Gənclər Liqası: "Sabah"ın oyunlarının təqvimi
"Çelsi"dən "Leyptsiq"ə keçdi
“Sabah” ÇL-in qalibi ilə maraqlanır - İddia
91 illik rekordu 19 yaşında qırdı
“Yuventus”da yeni hücumçu
“Daha güclü “Qarabağ” görəcəksiniz” - Marko Yankoviç
2-ci liqada yeni mövsüm başlayır
"Ona iradımı bildirdim, bunlar olmaz!" - Video
"Barselona"da 16 yaşlı müdafiəçi
Salto, aut və qol. Bir ayda ikinci dəfə! - Video
"Liverpul" 18 yaşlı belçikalı qapıçı ilə razılaşdı
Zamiq oynadı, komandası qalib gəldi
“Roma”dan darmadağın - Video
“Beşiktaş”dan 6 qollu qələbə, “Trabzonspor” uduzdu
“Nəticədən razı qalmadım” - “Sumqayıt”ın baş məşqçisi
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?