“Neftçi”nin sabiq hücumçusu bu kluba keçdi

“Neftçi”nin sabiq hücumçusu bu kluba keçdi
XƏBƏR 30 Yanvar 2021 / 10:23 2587
-  A +

“Neftçi”nin sabiq hücumçusu Prins İbaranın yeni klubu müəyyənləşib.

Qol.az-ın xəbərinə görə, Samir Abasovun gəlişindən sonra Azərbaycandan ayrılan konqolu futbolçu karyerasını Fransada davam etdirəcək. 25 yaşlı hücumçu bu mövsümün sonunadək icarə əsasında ikinci liqa təmsilçisi "Şatoru"da oynayacaq.

Qeyd edək ki, Prins İbara cari mövsümün ilk yarısını "Neftçi"də icarə əsasında keçirib. O, 7 oyuna 1 qol vurub. İbara müqaviləsi ilə Belçikanın "Berşot" klubuna məxsusdur.

Daha çox


Son xəbərlər
topaz banner