"Qalatasaray" hücumçunu icarəyə verdi

"Qalatasaray" hücumçunu icarəyə verdi
XƏBƏR 29 Yanvar 2021 / 15:21 2347
-  A +

“Qalatasaray” futbolçusu Jesse Sekidikanı icarəyə göndərib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, nigeriyalı hücumçu mövsümün sonuna qədər Superliqanın digər təmsilçisi “Konyaspor”da çıxış edəcək. Futbolçunun maaşını “Konyaspor”un ödəyəcəyi bildirilib.

Qeyd edək ki, 24 yaşlı forvard ötən ilin yanvarında “Qalatasaray”la 4.5 illik müqavilə imzalayıb.

Xatırladaq ki, Sekidika 2019-cu ilin yanvarında “Neftçi”də baxışda olub. Ancaq baş məşqçi Roberto Bordin onu bəyənmədiyi üçün geri göndərilib. O, Rumıniyanın "Qaz Metan” klubu ilə yoxlama matçında (3:0) da iştirak da edib.

Daha çox


Son xəbərlər
topaz banner