"Başakşəhər" Okan Buruku istefaya göndərdi - Rəsmi

"Başakşəhər" Okan Buruku istefaya göndərdi -  Rəsmi
XƏBƏR 29 Yanvar 2021 / 15:02 2279
-  A +

Türkiyənin “Başakşəhər” klubu baş məşqçisi Okan Burukla yolları ayırıb.

Qol.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən bildirir ki, 47 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Okan Buruk 2019-cu ildən “Başakşəhər”i çalışdırırdı. Onun komandası ötən mövsüm Türkiyə Superliqasının qalibi olub. Hazırda isə komanda Superliqada 24 xalla 15-ci pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər
topaz banner