Bu gün Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin üzvü Ramiz Çovdarovun Azərbaycam Futzal Federasiyasının saytına müsahibəsi
- Yeni bir yola çıxırsınız. Komandada vəziyyət necədir?
- 11 aylıq fasilədən sonra cəmi 10 gündür zalda məşq edirik. Bu baxımdan uyğunlaşmaq çətindir. Verilmiş müddətdən bacardığımız qədər istifadə etdik. Oyuna 100 faiz olmasaq da, hazırıq. Elə etməliyik ki, qələbə ilə başlayaq. Buna potensialımız da, gücümüz də imkan verir.
- Baş məşqçi müsahibəsində xüsusilə fiziki hazırlıqdan ehtiyat ediyini vurğulayıb...
- Razıyam, bu sahədə axsama hiss olunur. Hardasa 90 faiz hazırıq. Üstəlik, heyətimizdə itkilər var. Fineo məşq prosesində zədələndi, Eduardo isə qırmızı vərəqə cəzalısıdır. Bu itkilərdən başqa, Qalo, Bolinha, Rafael və Vassora fərqli çempionatlarda, fərqli baş məşqçilərin rəhbərliyi altında və fərqli taktika ilə oynayırlar. Onlar 3-4 gündür komandaya qoşulublar. Komanda şəklində tam hazır olmaq üçün bu vaxt azlıq edir. Alesionun taktiki baxımdan tələbləri fərqlidir. Ancaq elə edəcəyik ki, meydanda bu özunu büruzə verməsin.
- Elə pandemiyadan əvvəl son rəsmi oyunu da Slovakiyaya qarşı keçirmisiniz və 3:3 hesablı heç-heçə qeydə alınıb. Slovaklar haqda hansı məlumata sahibsən, baş məşqçi nələrə diqqət etməyinizi istəyir?
- Xorvatiyada qeydə alınan heç-heçə rəqibə özünəinam verib. Əvvəlki qarşılaşmalarda biz üstün tərəf olmuşuq. Bu dəfə qazanılan nəticə slovaklarda xal qazanmaq baxımından motivasiya yaradıb. Yuxarıda sadaladığım amilləri dəf etsək, 3 xalla başlayacağıq.
- Onların əsas gücü nədədir?
- Bəzi oyunçuları var ki, kilid rolunu oynayır. Xüsusilə də kapitanları Tomas Drahovskini qeyd edərdim. İki il əvvəl Bakıda oynadığımız matçda bu futzalçını tamamilə zərərsizləşdirmişdik. Ona görə də hücumları kəsərli alınmırdı. Bu dəfə də çalışmalıyıq ki, öz oyunumuzu oynayaq. Bunu bacarsaq, nəticə də istədiyimiz kimi olacaq.
- Bu dəfə oyun azarkeşsiz keçiriləcək. Bu amil motivasiya baxımından futzalçılarımıza necə təsir edəcək?
- Təsir edəcək. Çünki bizim azarkeşlər futzalı sevirlər, hər zaman millini dəstəkləməyə gəlirlər. Bu dəfə mövcud vəziyyətlə əlaqədar zalda olmasalar da, bilirik ki, ekran qarşısında milyonlarla insan bizi izləyəcək. Onların etimadını dogrultmalıyıq.
- Ümumiyyətlə, millinin yer aldığı qrupu necə dəyərləndirirsən? Avropa çempionatının final mərhələsində iştirakla bağlı seriyanı davam etdirmək mümkün olacaqmı?
- İki rəqibimiz tanışdır. Moldova və Slovakiya ilə son illərdə tez-tez qarşılaşmışıq. Yunanıstana qarşı isə oynamamışıq, amma onların son çempionu AEK klubu ilə üz-üzə gəlmişik. Millinin 8 üzvü və baş məşqçisi də həmin klubun üzvüdür. Ordakı yenilginin əvəzini çıxmalıyıq. Məncə, birinci yer uğrunda mübarizədə əsas rəqibimiz Slovakiya yığması olacaq. Digər komandalara da hörmətlə yanaşırıq və oyunlarda diqqətli olmalıyıq.
Argentina “10” nömrəsini kimə həvalə edəcək?
Növbəti matça sabiq baş məşqçi ilə çıxacaqlar
"Qalatasaray"dan sonra İtaliya klubuna keçə bilər
Azərbaycan millisi Türkiyəyə uduzdu
"Sabah" braziliyalı futbolçu transfer etdi
O da milli karyerasını başa vurdu
“Roma” A Seriyasına rekordla başladı
"Qarabağ"dan gedər-getməz qol vurdu, komandası qalib gəldi
"Bayer"ə qayıtdı
Polşa klubundan Emreliyə xüsusi diqqət - Video
“Kəpəz”dən yeni transfer
2-ci Liqada yeni mövsümə start verildi
“Trabzonspor” baş məşqçisini göndərdi
Azərbaycan millisinin məşqçisi vəfat edib
“Qəbələ”ni növbəti oyuna kim hazırlaşdırır?
Mahir Emrelinin komandasına yeni baş məşqçi təyin olundu
Qabriel Jezus rəsmən “Barselona”da
PSJ-dən "Aston Villa"ya keçdi - Rəsmi
Misli Premyer Liqasında avqustun ən yaxşı 5 qolu - Video
2-ci liqa klubunun stadionu FİFA sertifikatına layiq görüldü
Azərbaycan klubu nigeriyalı oyunçu transfer etdi
Türkiyə - Azərbaycan oyunu bu kanallarda
Misli Premyer Liqasında 6 oyunun vaxtı açıqlandı
Santyaqo Ximenes “Portu”ya keçdi
Berdıyev narahat deyil, bəs, "Turan Tovuz" rəhbərliyi?..
UEFA Gənclər Liqası: "Sabah"ın oyunlarının təqvimi
"Çelsi"dən "Leyptsiq"ə keçdi
“Sabah” ÇL-in qalibi ilə maraqlanır - İddia
91 illik rekordu 19 yaşında qırdı
“Yuventus”da yeni hücumçu
“Daha güclü “Qarabağ” görəcəksiniz” - Marko Yankoviç
2-ci liqada yeni mövsüm başlayır
"Ona iradımı bildirdim, bunlar olmaz!" - Video
"Barselona"da 16 yaşlı müdafiəçi
Salto, aut və qol. Bir ayda ikinci dəfə! - Video
"Liverpul" 18 yaşlı belçikalı qapıçı ilə razılaşdı
Zamiq oynadı, komandası qalib gəldi
“Roma”dan darmadağın - Video
“Beşiktaş”dan 6 qollu qələbə, “Trabzonspor” uduzdu
“Nəticədən razı qalmadım” - “Sumqayıt”ın baş məşqçisi
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?