Reynaldo karyerasını başa vurdu

Reynaldo karyerasını başa vurdu
XƏBƏR 28 Yanvar 2021 / 11:25 3881
-  A +

"Qarabağ"ın sabiq hücumçusu Reynaldo Silva karyerasını başa vurduğunu açıqlayıb.

Qol.az xəbər verir ki, bu barədə braziliyalı oyunçu özününün "Feysbuk" səhifəsində yazıb. 31 yaşlı oyunçu vətəni Braziliyada qalacağını və daha oynamayacağını bildirib.

Qeyd edək ki, Reynaldonun son klubu Gürcüstan "Dinamo"su olub.

Xatırladaq ki, Reynaldo 2013-2017-ci illərdə Ağdam təmsilçisinin formasını geyinib. O, 2019-cu ilin qış transfer pəncərəsində yenidən "Qarabağ"a qayıdıb, mövsümün sonuna - yayadək komandada çıxış etmişdi.

Daha çox


Son xəbərlər
topaz banner