43 yaşlı Buffon yeni müqavilə bağlayır

43 yaşlı Buffon yeni müqavilə bağlayır
XƏBƏR 27 Yanvar 2021 / 19:15 2072
-  A +

"Yuventus"un qapıçısı Canluici Buffon klubu ilə müqaviləsini yeniləyə bilər.

Qol.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Nikola Şkira  özünün "Tvitter" hesabında yazıb. Bildirilib ki, sabah 43 yaşı tamam olacaq qolkiper Turin təmsilçisi ilə bu ilin yayı başa çatacaq müqavilənin müddətini daha 1 il uzatmağı düşünür.

Qeyd olunub ki, Buffonun məqsədi A seriyasının ən yaxşı oyunçusu olmaqdır. Bu göstəricidə rekord 44 yaş 38 günündə 2008-ci ildə İtaliya çempionatında son matçını keçirən "Latsio"nun sabiq qapıçısı qapıçısı Marko Ballottaya məxsusdur.

Xatırladaq ki, Buffon oynanan matçların sayına görə İtaliya çempionatının rekordçusudur - 654 oyun.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi