Kaqavanın yeni klubu - Rəsmi

Kaqavanın yeni klubu -  Rəsmi
XƏBƏR 27 Yanvar 2021 / 15:28 3131
-  A +

Son olaraq İspaniyanın “Saraqosa” klubunda çıxış edən Şindzi Kaqava karyerasını Yunanıstanda davam etdirəcək.

Qol.az xəbər verir ki, yarponiyalı yarımmüdafiəçi PAOK-a keçib. Bu barədə Saloniki təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 30 yaşlı futbolçu ilə 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, karyerası ərzində Almaniyada “Borussiya” (Dortmund), İngiltərədə “Mançester Yunayted”, Türkiyədə “Beşiktaş” kimi klublarda da çıxış edən Kaqava, oktyabr ayından azad agent idi. O, Yaponiya millisində 97 oyunda 31 qol vurub.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı