“Avro-2020”nin oyunları Bakıdan alınmayacaq

“Avro-2020”nin oyunları Bakıdan alınmayacaq
XƏBƏR 27 Yanvar 2021 / 13:05 1272
-  A +

UEFA bu il “Avro-2020”nin oyunlarını əvvəlcədən nəzərdə tutulduğu kimi, 12 şəhərdə keçirməyi planlaşdırıb.

Qol.az xəbər verir ki, bu barədə Britaniyanın “Independent” nəşri qitənin ali futbol qurumundakı mənbəsinə istinadən məlumat yayıb.
Bildirilir ki, azarkeşlərin tribunalara buraxılacağı ilə mümkün məhdudlaşdırma belə UEFA üçün problem yaratmayacaq. Həmçinin yarışın bir ölkədə keçirilməsi variantına baxılmayacağı da qeyd edilib.

Xatırladaq ki, koronavirus pandemiyasına görə “Avro-2020”nin oyunları ötən ildən bu ilə təxirə salınıb.  Yarışın 4 oyunu (üç qrup, bir 1/4 final matçı) Bakıda olacaq.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı