"Messi hər dəfə meydanda olmasa, "Barselona" qalib gələr"

"Messi hər dəfə meydanda olmasa, "Barselona" qalib gələr"
XƏBƏR 26 Yanvar 2021 / 13:20 2869
-  A +

Argentinanın millisinin sabiq qapıçısı Huqo Qatti "Barselona"nın futbolçusu Lionel Messinin cəza səbəbindən La Liqanın 20-ci turunda "Elçe"yə qarşı matçı (2:0) buraxmasını şərh edib.

Qol.az xəbər verir ki, o, "Marca"ya açıqlamasında bununla bağlı deyib:

“Messi oynamadığı zaman "Barselona" güclü tərəflərindən istifadə edərək qələbə qazanır.  Futbolun məqsədi qazanmaqdır. Messi hər dəfə meydanda olmasa, "Barselona" qalib gələr".

Qeyd edək ki, argentinalı hücumçu bu mövsüm La Liqada 17 oyunda 11 qol vurub və 2 qolun ötürməsini verib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı