"Atamla birlikdə Azərbaycanda işləmək çox maraqlı idi" - Andrey Syomin

"Atamla birlikdə Azərbaycanda işləmək çox maraqlı idi" - Andrey Syomin
XƏBƏR 26 Yanvar 2021 / 10:40 1630
-  A +

“Qəbələ”nin sabiq məşqçisi Andrey Syomin ölkəmizdə çalışdığı günləri xatırladıb.
 
Qol.az xəbər verir ki, o, Rusiya mətbuatına müsahibəsində  2013/14 mövsümündə "Qəbələ"nin baş məşqçisi olan atası Yuri Syominin köməkçisi olması ilə bağlı deyib:
 
"Atamla birlikdə Azərbaycanda işləmək çox maraqlı idi. Azərbaycanda futbol kifayət qədər yaxşı səviyyədədir. Çempionatın təşkilini və şəraiti çox bəyəndim. "Qəbələ" çempionatda üçüncü yeri tutdu və ölkə kubokunun finalında penaltilərdə məğlub olduq”.
 
Andrey Syomin "Qəbələ"dən ayrılmalarının səbəbi barədə də danışıb: "Yuri Syomin belə istədi. Ona qalmağı təklif etdilər, yaxşı şərtlərlə razı salmağa çalışdılar. Ancaq "Mordoviya"da işləmək qərarına gəldi. Məni və Yuri Baturenkonu saxlamaq istəsəydilər, işimizi davam etdirməkdən məmnun olardıq. Ancaq heç kim bizi Yuri Syominsiz istəmədi”.
 

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord