Bundesliqa klubunda yeni baş məşqçi

Bundesliqa klubunda yeni baş məşqçi
XƏBƏR 25 Yanvar 2021 / 21:08 1394
-  A +

"Herta"nın yeni baş məşqçisi müəyyənləşib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Pal Dardai təyin olunub. Macarıstanlı mütəxəssislə 2022-ci ilin iyununa qədər müqavilə imzalanıb. O, bu vəzifədə istefaya göndərilən Bruno Labbadianı əvəzləyib.

Qeyd edək ki, Dardai 2015-2019-cu illərdə "Herta"nı çalışdırıb.

Xatırladaq ki, "Herta" Bundesliqada 18 turdan sonra 17 xalla 14-cü pillədə qərarlaşıb.


Son xəbərlər