Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçildi

Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçildi
XƏBƏR 25 Yanvar 2021 / 16:04 809
-  A +

Azərbaycan Birinci Vitse-prezidenti Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti və İcra Komitəsinin sədri seçilib.

Qol.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Bildirilib ki, 11-ci Ümumi Yığıncaq və İcra Komitəsinin 37-ci iclası çərçivəsində keçirilən səsvermənin yekununa əsasən Mehriban Əliyeva növbəti 5 ildə federasiyaya rəhbərlik edəcək.

Qeyd edək ki, Mehriban Əliyeva 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik edir.


Son xəbərlər
topaz banner