"Fənərbaxça" azarkeşlərdən pul yığır - Özilə görə

"Fənərbaxça" azarkeşlərdən pul yığır -  Özilə görə
XƏBƏR 25 Yanvar 2021 / 14:21 3296
-  A +

Mesut Özili transfer etməklə böyük maliyyə xərcləri ilə qarşılaşan “Fənərbaxça” azarkeşlərin köməyi ilə pul toplamağa başlayıb.

Qol.az xəbər verir ki, bu barədə klub prezidenti Ali Koç Türkiyə mətbuatına açıqlama verib. O, buna qədər istifadə etdikləri “Fənər Ol” kampaniyasını "Mesut Ol" kampaniyası ilə əvəzlədiklərini bildiribb:

"Ən azı bir sms rica edirəm. Telefonu olmayan uşaqlar ata-analarından sms göndərmələrini istəsinlər".

İstanbul klubunun fanatları isə MESUTOL yazaraq, 1907-yə (klubun yarandığı tarix) 20 dəqiqə ərzində 35 000 sms göndəriblər. Bu mesajlar qarşılığında 700 000 türk lirəsi (təqribən 160 494 manat) yığılıb. Hər sms göndərən şəxsin balansından 2 avro çıxılır.

Maliyyə çətinliyi yaşayan klubun 460 milyon avro borcu olduğu bildirilir.

Qeyd edək ki, Türkiyə mətbuatı Mesut Özillə 2023-cü ilədək müqavilə bağlayan “Fənər”in bu müddətdə ona 15 milyon avrodan çox ödəyəcəyini yazıb.


Son xəbərlər